XeberPlus

Ən son xəbərlər

Sağlamlıq

İspanaq niyə faydalıdır? – Tərkibindəki vitaminlər və təsirləri

İspanaq həm qida dəyəri, həm də tərkibindəki vitamin və minerallarla seçilən tərəvəzlərdəndir. Xüsusilə gündəlik qidalanmada tərəvəzlərin payını artırmaq istəyənlər üçün ispanaq yaxşı seçim hesab olunur. Onu salatlarda, yeməklərdə, şorbalarda və müxtəlif qəlyanaltılarda istifadə etmək mümkündür.

XeberPlus.com xəbər verir ki, ispanağın tərkibində olan Avə K vitamini eləcə də folat, dəmir, maqnezium, kalium və manqan kimi minerallar bu tərəvəzi yemək üçün əsasdır. A vitamini göz saölamlığı üçün faydalı olarkən, K vitamini isə sinir sistemi üçün olduqca xeyirlidir.

İspanaq hormonal balansı saxlamaqla yanaşı, bədəndəki stressin azalmasınada kömək olur. Tərkibindəki zəngin vitamin deposu sümük və diş sağlamlığınada güclü təsir edir. İspanaq diş ətində bakteriya yaranmasını əngəlləyərək, karies yaranmasını riskini azaldır.

Zəngin lifli ispanaq bağırsaqların işləməsinə və qəbizliyin baş verməməsinə səbəb olur. Həmçinin ispanaq ürək-damar üçündə olduqca faydalıdır.

Hamilələrin qəbul etməsi vacib hesab edilən ispanaq dölün inkişafını dəstəkləyərək anada anemiyanın baş qaldırmasını əngəlləyir. Bədəndəki yod çatışmazlığını azaldaraq, xərçəng riskini azaldır.

Lakin çox ispanaq qəbul etmək böyrəklər üçün ziyandır, çünki tərkibində oksalat mövcuddur. Bu isə böyrək daşlarının yaranmasına səbəb ola bilər. Bununla yanaşı hədsiz ispanaq yemək qan laxtalanmasınada şərait yarada bilər.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *