Avtomobil artıq sadəcə nəqliyyat vasitəsi deyil, milyonlarla lirəlik sərvətə çevrilir. Türkiyənin lüks avtomobil bazarında qiymətlər elə bir həddə çatıb ki, bəzi modellərin dəyəri bir evin deyil, bütöv bir sərvətin qiyməti ilə ölçülür. Sürət, prestij və eksklüzivliyin bir araya gəldiyi bu avtomobillər arasında qiyməti 100 milyon TL-ni aşan modellər də var. XeberPlus.com Webtekno-a istinadla onları təqdim edir:
Siyahının zirvəsində 122 milyon TL qiymətlə Ferrari 849 Testarossa qərarlaşıb. Onu 112 milyon TL-lik qiyməti ilə Lamborghini Revuelto, 110 milyon TL qiyməti ilə isə Ferrari 812 GTS izləyir.
Beləliklə, Türkiyədə satışda olan ən lüks avtomobillərin qiymətləri rekord həddə çatıb.







