ABŞ-ın Los-Anceles şəhərində Luna adlı körpə çöp qutusunda ölü vəziyyətdə tapılıb. Hadisə ilə bağlı körpənin anası Takiyah Babers saxlanılıb və araşdırma davam edir.
XeberPlus.com bildirir ki, körpəni küçədə çöp qutusunun yanında Martha Jimenez adlı qadın aşkar edib. Hadisə barədə xəbəri eşidən Luna’nın himayədar nənə-babası Herman Johnson və Laura Lacey dərhal anasının yaşadığı evə gediblər.
Ailənin diqqətini çəkən əsas məqamlardan biri körpənin sol ayağında altı barmağın olması olub. Lunanın da eyni xüsusiyyətə sahib olması onun ailəsinin xəbərdəki körpənin Luna ola biləcəyindən şübhələnməsinə səbəb olub.
Babers əvvəlcə körpənin yatdığını, daha sonra isə onun atası ilə birlikdə olduğunu deyib. Bir müddət sonra isə telefonunda körpənin yaxşı vəziyyətdə olduğunu göstərən video nümayiş etdirib.
Lakin ailə videoda göstərilən körpənin geyiminin həmin gün körpənin üzərində olduğu deyilən geyimlə uyğun gəlmədiyini müəyyənləşdirib. Bundan başqa, körpəyə aid avtomobil oturacağının evdə istifadə edilməmiş vəziyyətdə qalması da şübhələri artırıb.
Daha sonra körpənin çöp qutusunda ölü tapıldığı məlum olub. Hadisədən sonra ailə üzvləri onun tapıldığı ərazidə anım mərasimi keçirərək gül, şam və şarlar qoyublar.
Hadisə ilə bağlı araşdırma davam edir.








