XeberPlus

Ən son xəbərlər

Dünya

İngiltərədən vətəndaşlara çağırış: Su və ərzaq ehtiyatı yaradın

İngiltərə hökuməti mümkün böhran və fövqəladə vəziyyətlərə qarşı əhalidən hazırlıqlı olmağı istəyib. Vətəndaşlara içməli su və uzun müddət saxlanıla bilən ərzaq ehtiyatı toplamaq, fövqəladə hallar üçün plan hazırlamaq tövsiyə edilib.

Ölkənin Baş Qərargah rəisi general Sir Riçard Nayton bildirib ki, Rusiya mənşəli təhlükələr səbəbindən Britaniya son 35 illik hərbi xidmət dövrünün ən çətin mərhələlərindən birini yaşayır.

Hökumət həmçinin onilliklərdir yenilənməyən və “müharibə kitabı” adlandırılan fövqəladə hazırlıq planı üzərində işlərə başlayıb.

Mütəxəssislər bildirirlər ki, müasir dövrdə əsas risklər yalnız hərbi hücumlarla məhdudlaşmır, kiber hücumlar və kritik infrastrukturun sıradan çıxması kimi təhlükələr də diqqətdə saxlanılmalıdır.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *