XeberPlus

Ən son xəbərlər

Dünya

Beyninə çip yerləşdirilən danışıq məhdudiyyəti olan şəxsin ilk cümləsini söylədiyi anlar

Elon Maskın “Neuralink” şirkəti danışmaqda çətinlik çəkən pasiyentin görüntülərini yayıb. Şirkətin klinik sınaqlarında iştirak edən şəxsin beyin implantı vasitəsilə ilk dəfə danışdığı anlar kameraya düşüb.

Pasiyentin düşüncə gücü ilə ünsiyyət qurduğu bu anlar texnologiyanın insan həyatına necə təsir edə biləcəyini bir daha göstərib.

X-də “Gözəl bir sürpriz” qeydi ilə yayımlanan qısa videoda kimliyi və səhhəti barədə ətraflı məlumat verilməyən pasiyentin beyin-kompüter interfeysi implantı vasitəsilə yaxınındakı şəxslə ünsiyyət qurduğu görünür.

Pasiyent beynindən keçən ilk fikirləri qarşısındakı kompüter vasitəsilə səsə çevirib. Onun yaxınlarına söylədiyi ilk cümlə isə “Səni sevirəm” olub.

Neuralink şirkəti bu nəticənin bütün iştirakçılar və gələcək sınaqlar üçün təminat vermədiyini bildirib. Bununla belə, şirkət bu texnologiyanın danışmaq və ya görmə qabiliyyətində məhdudiyyətləri olan insanlar üçün böyük ümid yaratdığını qeyd edib.

Bu, Neuralinkin belə bir nəticə əldə etdiyi ilk hadisə deyil. Şirkət ötən ilin martında boyundan aşağı iflic olan Jon L. Noble adlı şəxsin N1 implantı vasitəsilə yalnız düşüncələrindən istifadə edərək MacBook-un kursorunu idarə edə bildiyini açıqlamışdı.

Bununla yanaşı, Neuralink ümidverici nəticələrə baxmayaraq, cihazların hələ sınaq mərhələsində olduğunu və ABŞ Qida və Dərman Administrasiyası (FDA) kimi rəsmi qurumlar tərəfindən təsdiqlənmədiyini xatırladıb.

Mənbə: webtekno

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *