XeberPlus

Ən son xəbərlər

Dünya

Süni intellektə güvənən 3 dağçı zirvədə qaldı

ABŞ-da üç həvəskar dağçı süni intellektin verdiyi məlumatlara əsaslanaraq Kaliforniyadakı Mount Shasta dağına qalxıb. Lakin hazırlıq zamanı AI-nin verdiyi tövsiyələr onların həyatını təhlükəyə atıb.

Dağçılar marşrut və avadanlıq planını əsasən süni intellektlə hazırladıqlarını, onun məsləhəti ilə lazım olduğundan daha az su və qida götürdüklərini bildiriblər.

Təxminən 4322 metr yüksəklikdə olan zirvəyə axşam saat 19:00-da çata bilən qrup geri qayıdarkən qaranlıqda yolunu itirib və təhlükəli kanyonda ilişib qalıb.

Dağçılardan biri yıxılaraq dizindən xəsarət alıb. Onlar gecəni dağda keçirməli olub və səhəri gün xilasedicilər tərəfindən tapılaraq təhlükəsiz yerə endiriliblər.

Mənbə: Onedio

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *