XeberPlus

Ən son xəbərlər

Dünya

“Altın Portakal”da yarışacaq filmlər məlum olub

Antalyada bu il 63-cü dəfə keçiriləcək Beynəlxalq Antalya Qızıl Portağal Film Festivalında müsabiqəyə qatılacaq filmlər açıqlanıb. Türkiyənin ən uzunömürlü film festivalının Milli Tammetrajlı Film Müsabiqəsində 12, Beynəlxalq Tammetrajlı Film Müsabiqəsində 13, Milli Qısametrajlı Film Müsabiqəsində isə 10 film münsiflər heyətinin qarşısına çıxacaq.

XeberPlus.com xəbər verir ki, yarışma 24-31 oktyabr tarixlərində baş tutacaq

Festivalın Milli Tammetrajlı Film Müsabiqəsində 58 müraciət arasından seçilən 12 film yarışacaq. Seçilən ekran işləri arasında Yeşim Ustaoğlunun “Arkatakalan”, Necmi Sancakın “Bekle Bizi Brüksel”, Büşra Bülbülün “Bir Anne Hakkında”, Ferit Karahanın “Cinlerin Düğünü”, Emre Aybekin “Düğün Şarkıcısı”, Sinan Sertelin “Elisa”, Hüseyn Karabeyin “Hakikatin Ölümü, Emir Ziyaların “Kadim Mavi”, Aydın Orakın Ölü Arının İğnesi”, Emre Kavukun “Selma”, Ragıp Türkün “Taş ve Tüy” və Biket İlhanın Tatlı Maya filmləri yer alıb.

Antalya tamaşaçılarını müxtəlif ölkələrin ekran əsərləri ilə tanış edəcək Beynəlxalq Tammetrajlı Film Müsabiqəsində bu il 13 film yer alıb. Seçimə Mohamed Ali Nahdinin “Round 13”, Jacqueline Jansenin “Six Weeks On”, George Ovashvilinin “The Moon is a Father of Mine”, Shahram Mokrinin “Black Rabbit White Rabbit”, Hüseyn Aydın Gürsoyun “A Turkish Case”, Yukiko Sodenin “All The Lovers in the Night”, Andrey Zvyagintsevin “Minotaur”, Lucas Vignale və Lorenzo Ferronun “The River Train”, Isabelle Tollenaerenin “Paris Paris”, Lalith Rathnayakenin “Riverstone”, Ufuk Emiroğlunun “Sevda”, Ali Asgarinin “A Bit of Light” və Fernanda Tovarin “Sad Girlz” filmləri daxil edilib.

Festivalın tamaşaçılar tərəfindən maraqla qarşılanan Milli Qısametrajlı Film Müsabiqəsində yarışacaq 10 ekran işi də müəyyənləşib. Müsabiqəyə Murat Ayyıldızın “Adreste Bir Sorun Var”, Melis Balcının “Anaokulu”, Alpan Esen və Rıfat Şungarın “Bir Rüyanın Hayali”, Samet Karamanın “Dünya Senin Bildiğin Gibi Değil”, Çağla Karslıoğlunun “Kadının Adı Yok”, Ahmet Duvarın “Karayazı”, Soner Alanın “Kısa Akıl”, Gülsün Odabaşın “Konteyner”, Sis Gürdalın “Porkatal” və Serdal Altunun “Süpermen Bozkıra Düştü” filmləri seçilib.

Mənbə: dha.com.tr

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *