Microsoft Windows 11-in sentyabrın 8-də yayımlanan 26340.9354 nömrəli sınaq versiyasında yeni funksiyanı nümayiş etdirib. Lakin paylaşımda diqqəti yeni funksiyadan çox, dəyişdirilmiş siçan göstəricisi çəkib.
Yeni göstərici əvvəlkindən daha enli, yumru və simmetrik görünür
Şirkət bununla bağlı hələ rəsmi açıqlama verməsə də, yeni dizaynın bir müddət əvvəl daxili olaraq sınaqdan keçirildiyi bildirilir.
Yeni göstərici daha həndəsi və müasir görünüşə malikdir. Həmçinin Microsoft-un Fluent UI dizaynına uyğunlaşdırılıb. Yayılan görüntünün daha əvvəl sınaqdan keçirilən dizaynın ilk ictimai nümayişi ola biləcəyi ehtimal edilir. Yeni göstəricinin bütün Windows 11 istifadəçiləri üçün nə vaxt təqdim olunacağı isə hələ məlum deyil.









