XeberPlus

Ən son xəbərlər

Araşdırma

Saçların sağlam qalmasına kömək edən qidalar

Saçların sağlam və güclü olması üçün yalnız istifadə etdiyimiz şampun və maskalar kifayət etmir. Gündəlik qidalanma da saçların vəziyyətinə təsir göstərir. Mütəxəssislərin apardığı araşdırmalara görə, xüsusilə dəmir, sink və zülal çatışmazlığı saç tökülməsinə səbəb ola bilər.

XeberPlus.com saş üçün xüyirli qidaların siyahısını təqdim edir, yumurta saç üçün faydalı qidalardan biridir. Tərkibində saçın əsas quruluşunda iştirak edən zülal var. Zülalın kifayət qədər qəbul edilməməsinin saçlarda seyrəkləşmə və tökülmə ilə əlaqəsi olduğu göstərilib.

Balıq, xüsusilə yağlı balıqlar, zülal və faydalı yağlarla zəngindir. Ümumilikdə yağ turşularının saç sağlamlığındakı rolu araşdırılır və balanslı qidalanmanın bir hissəsi kimi balıq yaxşı seçim hesab olunur.

Ət dəmir və zülal baxımından əhəmiyyətlidir. Dəmir çatışmazlığı saç tökülməsinin məlum səbəblərindən biridir. Buna görə də dəmir mənbələrinin qidalanmada yer alması xüsusilə vacibdir.

Qoz-fındıq isə sink, faydalı yağlar və digər qida maddələrini təmin edir. Sink çatışmazlığının da saç dəyişiklikləri və tökülmə ilə əlaqəsi müəyyən edilib.

Tərəvəzlər də gündəlik menyuda olmalıdır. Onlar müxtəlif vitamin və minerallarla yanaşı, bitki mənşəli dəmir mənbəyidir. Bitki mənşəli dəmirin sorulması daha aşağı olduğundan, C vitamini ilə zəngin qidalarla birlikdə qəbul edilməsi faydalı ola bilər.

Burada bir vacib məqam da var, saç tökülürsə, özbaşına vitamin qəbul etmək düzgün deyil. Dermatoloqlar xüsusilə dəmir, sink və biotinin yalnız çatışmazlıq müəyyən edildikdə qəbul edilməsini tövsiyə edirlər. Hətta bəzi vitamin və mineralların normadan artıq qəbulu saç tökülməsini artıra bilər.

Yəni sağlam saç üçün əsas yol bir “möcüzəvi qida” axtarmaq yox, zülal, tərəvəz, meyvə, balıq və faydalı yağlarla zəngin balanslı qidalanmaqdır.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *