XeberPlus

Ən son xəbərlər

Maraqlı

Ətir seçərkən bunlara diqqət edin

Ətir seçmək sadecə mağazada bəyənib almaqdan ibarət deyil. Ətir insanın varlığını hiss etdirən şəxsə məxsus olan vasitədir. Ətir seşimləri hər kəsdə fərqli olur. Çox adam bahalıdır düşüncəsilə aldığı ətiri sonradan sevməməyə başlayır. Buna görədə hər kəs öz zövqünə xitab edən ətirləri seçməlidir.

Bəs ətir seçərkən nələrə diqqət yetirmək lazımdır?

XeberPlus.com mövzu ilə bağlı etdiyi araşdırmanı təqdim edir:

Ətri seçərkən ilk növbədə onu kağızda deyil, dəridə yoxlamaq daha doğrudur. Çünki eyni ətir müxtəlif insanlarda fərqli qoxuya bilər. Ətri biləyə vurduqdan sonra dərhal qərar verməkdənsə, bir qədər gözləmək məsləhətdir. İlk dəqiqələrdə hiss olunan qoxu sonradan dəyişə bilər.

Burada “parfum”, “eau de parfum” və “eau de toilette” arasındakı fərqi bilmək faydalıdır. Parfum ən yüksək ətir yağı konsentrasiyasına malik variantlardan biridir və adətən daha uzun müddət dəridə qalır. Eau de parfum (EDP) bir qədər daha yüngüldür, lakin yenə də kifayət qədər qalıcıdır. Eau de toilette (EDT) isə daha az konsentrasiyalı və yüngül qoxuya malik olduğundan gündəlik istifadə üçün daha çox seçilir. Qalıcılıq dəri, hava və məhsulun tərkibindən asılı olaraq dəyişə bilər.

Təravətli sitrus və meyvə notları gündəlik istifadə üçün, çiçək qoxuları daha romantik ab-hava üçün, vanil, müşk və ədviyyatlı notlar isə daha isti və nəzərəçarpan qoxu sevənlər üçün uyğun ola bilər.

Ətir almağı düşünənlər bütün ətirləri yoxlamamlıdırlar. Bu ətir seçimini çətinləşdirə bilər. Həmçinin bahalı və məşhur ətir hər kəs üçün ideal seçim deyil. Hər kəs özünə uyan və xoş gələn ətiri seçməlidir.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *