XeberPlus

Ən son xəbərlər

Dünya

Rusiya Kiyevə hücum etdi: 2 nəfər öldü, 10 nəfər yaralandı

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə gecə saatlarında həyata keçirdiyi hava hücumu nəticəsində 2 nəfər həyatını itirib, 10 nəfər yaralanıb.

Kiyev meri Vitali Kliçko bildirib ki, yaralılardan 5-i xəstəxanaya yerləşdirilib, onlardan 2-nin vəziyyəti ağırdır.

Hücum nəticəsində şəhərin müxtəlif ərazilərində yaşayış binaları, ticarət obyektləri və xüsusi məktəbin yerləşdiyi ərazidə yanğın baş verib. Bir sıra binalara və avtomobillərə ziyan dəyib.

Hadisədən sonra xilasedici və təcili yardım qrupları ərazidə işlərini davam etdirib. Kiyev sakinlərinə təhlükəsiz yerlərdə qalmaq çağırışı edilib.

Mənbə: sondakika.com

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *