İspaniyanın Sierra Nevada bölgəsində keçirilən sınaqlar zamanı nadir Bugatti Tourbillon prototipi gözlənilməz qəza ilə gündəmə gəldi.
Dağ yolunda hərəkət edən Bugatti qarşısındakı avtomobilin qəfil dayanması səbəbindən əyləci basıb. Lakin arxadan gələn Volkswagen Polo sürücüsü vaxtında dayana bilməyərək milyonlarla avro dəyərində olan hiperkarın arxa hissəsinə çırpılıb.
Qəzanın görüntüləri sosial şəbəkələrdə yayıldı. Toqquşma nəticəsində Bugatti-də əsasən kosmetik zədələr yaransa da, karbon lifli hissələrin təmiri olduqca baha başa gələ bilər.
Hadisənin maraqlı tərəfi isə iki avtomobil arasındakı böyük qiymət fərqidir. Volkswagen Polo-nun qiyməti təxminən 20 min avrodan başlayır, Bugatti Tourbillon prototipinin dəyəri isə opsiyalar olmadan 3,8 milyon avro təşkil edir.
Bugatti Tourbillon gücünü 8,3 litrlik V16 mühərrikindən və üç elektrik motorundan alır. Ümumi gücü 1775 at gücünə çatan avtomobil dünyanın ən güclü hiperkarlarından biri hesab olunur.
Mütəxəssislər bildirir ki, qəzanın əsas səbəblərindən biri Polo sürücüsünün təhlükəsiz məsafə saxlamaması olub.
Mənbə: Autoevolution







