XeberPlus

Ən son xəbərlər

Sağlamlıq

Sağlam qidalanma: Doğru bildiyimiz yanlışlar

Sağlam qidalanma anlayışı son illərdə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin düzgün qidalanmaq istəyərkən insanlar bəzən faydalı hesab etdikləri məhsulları həddindən artıq qəbul edir, bəzi qida qruplarından isə tamamilə imtina edirlər. Halbuki sağlam qidalanma müəyyən məhsullara qadağa qoymaq deyil, orqanizmin ehtiyaclarına uyğun balans yaratmaqdır.

Bəs sağlam qidalanma ilə bağlı ən çox edilən səhvlər nələrdir?

Mövzu ilə bağlı həkim-dietoloq Leyla Zülfüqarlı XeberPlus.com-a açıqlamasında sağlam qidalanma adı altında edilən səhvləri bildirib:

“Salam qidalarla bağlı edilən ən böyük səhvlərdən biri insanların sağlam qidanı ancaq xüsusi dietik köşklərdən əldə edilən soyuq və qazlı içkilər, yoqurt məhsullarını düşünməsidir. Yəni birinci səbəb olaraq səhv təbliğatı gedən qidaların dietik qida bilinməsidir. İkinci yanlış bilinən isə sağlam həyat tərzi dedikdə az yemək olduğunu fikirləşməkdir. Əslində isə sağlam qidalanma doğru və balanslaşmış yeməyin qəbuludur. Yəni söhbət “ət olmaz”, “çörək olmaz”, yalnız meyvə qəbul edilə bilər kimi bir yanaşmadan getmir. Hamısı balanslı olmalıdır.

Həkim vurğulayıb ki, sağlam qidalanmanın əsas şərti müəyyən qidaları tamamilə rasiondan çıxarmaq deyil, bütün qida qruplarını düzgün balansda və orqanizmin ehtiyaclarına uyğun qəbul etməkdir:

“Ət, süd məhsulları, meyvə və tərəvəzin sağlam qidalanmada özünəməxsus yeri olmaldır. Məsələn, hesab edirlər ki, yağlı qidalar zərəlidir kökəldir, məhz meyvə sağlamlıqdır. Gün ərzində və axşam saatlarında ancaq meyvə qəbul edirlər,çörək yeməyib əvəzində xlebçi istifadə edirlər, yaxud dietik qida köşklərindən alınan şiriniyyatları istifadə edirlər və s. Bu isə yanlışdır”.

Mütəxəssis qeyd edib ki, qlütenli bəslənmə orqanizmə uyğun formada olmalıdır:

“Bəzən sağlam bəsləmə deyəndə qlütensiz həyatı düşünürlər ki, bu belə deyil. Məsələn, qlütenə həssaslığı olan orqanizmlər qlütensiz bəsləməlidir yaxud kəsmiyi çox sağlam qida hesab edib, bütün günü yemək də doğru deyil. Nəzərə alaq ki, kəsmiyin insulin indeksi yüksəkdir”.

Həmsöhbətimiz balanslaşmış qidalanmanın əhəmiyyətini söyləyib:

“Normada isə balanslaşdırılmış qidalanmaq doğrudur. Orqanizmin xüsusiyyətlərini, hormonal istiqamətlərini, bioloji xüsusiyyətlərini, xroniki xəstəliklərin olub-olmadığını nəzərə alıb, ona uyğun qidalanma tərzinin yaratmaq ən doğru məsələdir”.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *