XeberPlus

Ən son xəbərlər

Dünya

ABŞ-ın zərbəsi İranda toyu yarımçıq qoydu – ÖLƏNLƏR VAR

İranın Hürmüzgan vilayətində ABŞ ordusunun hava zərbəsi nəticəsində toy mərasiminin keçirildiyi bina hədəfə alınıb. Hadisə Sirik rayonunun Kuheştek şəhərində baş verib.

İran rəsmilərinin məlumatına görə, hücum zamanı aralarında qadın və uşaqların da olduğu 50-dən çox insan yaralanıb, azı 5 nəfər həyatını itirib.

Yerli mənbələrə görə, raketin düşdüyü ərazidə dağıntılar yaranıb. Xilasetmə qrupları yaralıları xəstəxanaya çatdırıb, hadisə ilə bağlı araşdırma davam edir.

ABŞ ordusu isə zərbələrin İranın hərbi obyektlərinə və İnqilab Keşikçiləri qüvvələrinə aid hədəflərə qarşı həyata keçirildiyini bildirib.

Mənbə: Sözcü

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *