XeberPlus

Ən son xəbərlər

Texnologiya

İPhone 18 Pro ilə bağlı yeni detallar açıqlanıb

“Apple”-nin yeni cihazda batareya müddəti, kamera sistemi və dizayn sahəsində ciddi yeniliklərə hazırlaşdığı bildirilir.

Məlumata görə, iPhone 18 Pro daha səmərəli işləyən 2 nm A20 Pro prosessoru, yenilənmiş batareya tutumu və enerji qənaəti ilə gələcək.

Telefonun kamera sistemində də böyük dəyişiklik gözlənilir. Yeni modeldə dəyişən diafraqma texnologiyasına malik əsas kamera istifadə olunacaq. Bu yeniliyin xüsusilə zəif işıqda çəkiliş və dərinlik effektlərini yaxşılaşdıracağı qeyd edilir.

Dizayn tərəfində isə dinamik ölçüsünün təxminən 35 faiz kiçildiləcəyi, ekran sahəsinin artırılacağı və daha vahid şüşə-alüminium korpus dizaynına keçiləcəyi bildirilir. Yeni rəng seçimlərinin də təqdim ediləcəyi gözlənilir. İPhone 18 Pro modelini yaxın zamanda keçiriləcək tədbirdə təqdim edəcəyi gözlənilir.

Mənbə: ShiftDelete.Net

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *