XeberPlus

Ən son xəbərlər

Dünya

Dənizə kiçik yarayla girdi, az qala həyatını itirirdi

ABŞ sakini Genevieve Gallagher dənizdə keçirdiyi istirahətdən sonra həyati təhlükə ilə üzləşib. O, Pensakola körfəzində qayıq gəzintisi zamanı ayağındakı kiçik kəsiklə suya girib. Bir neçə gün sonra vəziyyəti qəfil pisləşib.

Qadın sol ayağında istilik və sürətli şişkinlik hiss edib. Daha sonra ayağı qaralmağa başlayıb və dərisində maye ilə dolu qabarcıqlar yaranıb. O, təcili xəstəxanaya müraciət edib.

Müayinələr nəticəsində məlum olub ki, kiçik yaradan Vibrio bakteriyası orqanizmə daxil olub. Bu bakteriya duzlu və ya acı sularda olan mikroorqanizmlərlə açıq yaranın təması nəticəsində infeksiyaya səbəb ola bilər. Bəzi hallarda isə “ət yeyən bakteriya” kimi tanınan ağır nekrotizan fasiit xəstəliyinə gətirib çıxara bilər.

İnfeksiya sürətlə ağırlaşıb, qadında sepsis yaranıb və orqan çatışmazlığı təhlükəsi meydana çıxıb. Həkimlər onun ayağının aşağı hissəsinin böyük bölümünü amputasiya etmək məcburiyyətində qalıblar.

Mütəxəssislər açıq yara, kəsik və ya qıcıqlanmış dəri ilə dənizə girməməyi tövsiyə edir.

Mənbə:gzt.com


LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *