XeberPlus

Ən son xəbərlər

Dünya

Elektrik avtomobillər 9 dəqiqəyə 97%-ə qədər doldurulacaq

Çinin elektrik avtomobili istehsalçısı BYD sürətli şarj texnologiyasında daha bir mühüm mərhələyə çatıb. Şirkət Çinin Şençjen şəhərində 10 000-ci flaş şarj stansiyasını istifadəyə verib.

Yeni nəsil şarj infrastrukturu yüksək güclə çalışır və uyğun elektrik avtomobillərinin batareyasını cəmi 9 dəqiqəyə 97%-ə qədər doldurmağa imkan verir.

BYD 2026-cı ilin sonuna qədər flaş şarj şəbəkəsindəki stansiyaların sayını 20 000-ə çatdırmağı hədəfləyir. Bunun üçün ilin qalan aylarında gündə orta hesabla 80 yeni stansiyanın istifadəyə verilməsi nəzərdə tutulur.

Şirkətin məlumatına görə, şəbəkə indiyədək 210 milyon kVt·saatdan çox elektrik ötürüb və 1,83 milyondan artıq sürücüyə xidmət göstərib. İstifadəçilərin təxminən üçdə birini isə BYD markalı olmayan elektrik avtomobillərinin sahibləri təşkil edir.

BYD sürətli şarj texnologiyasını Çinlə məhdudlaşdırmır. Şirkət artıq xarici bazarlarda da bu infrastrukturu qurmağa başlayıb. Böyük Britaniyada ilin sonuna qədər 300 flaş şarj stansiyasının istifadəyə verilməsi planlaşdırılır.

Mənbə:donanimhaber.com

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *