XeberPlus

Ən son xəbərlər

Dünya

Norveç kralı vəfat etdi

Norveç Kralı V Harald 89 yaşında dünyasını dəyişib.

XeberPlus.com xəbər verir ki, bu barədə kral sarayının mətbuat xidməti məlumat yayıb.

“Dərin hüznlə Əlahəzrət Kral Haraldın vəfat etdiyini bildiririk. Kral Harald avqustun 28-də saat 06:35-də Oslonun “Rikshospitalet” universitet xəstəxanasında vəfat edib”, – məlumatda bildirilib.

Qeyd edək ki, Avqustun 27-də Norveç Kral Sarayı V Haraldın səhhətinin daha da pisləşdiyini və vəziyyətinin ağır olduğunu açıqlamışdı. Qlüksburqlar sülaləsinin nümayəndəsi olan V Harald 1991-ci ildən Norveç taxtında idi. Kralın vəfatından sonra taxt-tac 53 yaşlı oğlu Hakonun hakimiyyətinə keçib.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *