Daha əvvəl Kratos roluna seçilən Ryan Hurst 2026-cı ilin əvvəlində çəkilişlər zamanı biseps əzələsini yırtıb. Aktyorun əməliyyat olunmasına ehtiyac yaranıb.
Bu vəziyyət serialın çəkiliş və istehsal qrafikinin 2027-ci ilə qədər uzanması riskini yaratdığı üçün yaradıcı heyət baş rolu başqa aktyora həvalə etmək qərarına gəlib.
Aparılan qısa danışıqlardan sonra həm aktyorluq təcrübəsi, həm də fiziki quruluşu ilə rola uyğun hesab edilən Dave Bautista ilə razılıq əldə olunub.
İki mövsüm üçün təsdiq alan serialın istehsalına qarşıdakı həftələrdə yenidən başlanacaq. Ryan Hurst ilə çəkilmiş səhnələr isə Dave Bautista ilə yenidən lentə alınacaq.
Serialın süjet xətti seriyanın son iki oyununa əsaslanacaq. Hekayədə Kratos və oğlu Atreusun Faye-nin küllərini dağıtmaq üçün yola çıxması təsvir olunacaq.
Serialın aktyor heyətində Atreus obrazını canlandıran Callum Vinson, Thor rolunda Ólafur Darri Ólafsson, Odin obrazında isə Mandy Patinkin yer alır.//WebTekno








