Hatayda köç zamanı yorulub həyətdə dincələn leyləyi 12 yaşlı Mahmut Demir və dostları 2 gün qonaq saxlayıb. Burada bir müddət qalan leylək daha sonra Təbiəti Mühafizə və Milli Parklar İdarəsinin əməkdaşları tərəfindən qoruma altına alınıb.
Leylək əməkdaşlar tərəfindən təhvil alınana qədər ona qulluq edən Mahmut Demir: “İki gün əvvəl leyləyi həyətdə tapdıq. Çox halsız və yorğun idi. Ona su və dən verdik. Amma çox yorğun olduğundan yeriyə bilmirdi. Bir müddət sonra özünə gəldi. Birlikdə yeyib-içdik, birlikdə yatdıq. Ona çox öyrəşdik. Kaş ki, həmişə bizimlə qalaydı, amma ayrıldıq”-dedi.



Mənbə; dha.com.tr







