XeberPlus

Ən son xəbərlər

Dünya

Türkiyədə hər beş nəfərdən biri piylənmədən əziyyət çəkir

Türkiyədə piylənmə ciddi ictimai sağlamlıq probleminə çevrilib.

XeberPlus.com xəbər verir ki, Türkiyə Səhiyyə Sorğusunun nəticələrinə görə, 15 yaşdan yuxarı əhalinin 21,8 faizi piylənmədən əziyyət çəkir. Bu göstərici qadınlarda 24,8, kişilərdə isə 18,7 faizdir. Araşdırmada fiziki aktivliyin də aşağı səviyyədə olduğu üzə çıxıb. Əhalinin 86,6 faizi müntəzəm fiziki fəaliyyətlə məşğul olmur.

Daxili xəstəliklər üzrə mütəxəssis Ayça Kaya uşaqlıq dövründə artıq çəkinin gələcəkdə ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini bildirib. Onun sözlərinə görə, piylənmə diabet, yüksək təzyiq, qaraciyər və ürək-damar xəstəlikləri riskini artırır.

Mütəxəssislər uşaqlara gündəlik 60 dəqiqə, böyüklərə isə ən azı 30 dəqiqə fiziki fəaliyyət tövsiyə edirlər. Həmçinin erkən yaşlardan sağlam qidalanma və yuxu vərdişlərinin formalaşdırılmasının vacibliyini vurğulayırlar.

Professor Ömər Faruk Başer isə Türkiyədə uşaqlar arasında piylənmənin artdığını bildirib. Onun sözlərinə görə, mövcud proqnozlara əsasən, 2035-ci ildə uşaqlarda piylənmə səviyyəsi 37 faizə çata bilər.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *