XeberPlus

Ən son xəbərlər

Texnologiya

Uçan avtomobilinin yeni görüntüləri yayıldı – VİDEO

“Tesla” şirkəti yeni nəsil “Roadster” elektrik avtomobilinin havaya qalxaraq fırlandığı sınaqdan yeni görüntülər yayımlayıb. Avtomobilin üzərinə quraşdırılan kameralar vasitəsilə çəkilən video sosial şəbəkələrdə diqqət çəkib.

XeberPlus.com xəbər verir ki, görüntülərdə avtomobilin xüsusi hərəkətverici sistem vasitəsilə yerdən qalxdığı, havada fırlandığı və yenidən təkərləri üzərinə endiyi əks olunub.

Məlumata görə, sınaq zamanı avtomobili heç kim idarə etməyib. Sürücü oturacağında təhlükəsizlik məqsədilə xüsusi sınaq manekeni yerləşdirilib.

“Roadster”in bu hərəkətləri yerinə yetirməsi üçün “SpaceX” ilə əməkdaşlıq çərçivəsində hazırlanmış yüksək təzyiqli azotla işləyən xüsusi itələyici sistemdən istifadə olunur. Bu sistem avtomobilin qısa müddətə havaya qalxmasına və hərəkət istiqamətini dəyişməsinə imkan verir.

Bundan əlavə, avtomobilin alt hissəsində yerləşən hava sovurma sistemi onun yol səthinə daha güclü yapışmasını təmin edir. Bu texnologiya xüsusi sınaq şəraitində avtomobilin tərsinə hərəkət etməsinə də imkan yaradır.

Lakin görüntülərdə nümayiş etdirilən hərəkətlər avtomobilin təyyarə kimi uzun məsafəyə uça bilməsi demək deyil. Sınaqda yalnız qısa müddətli havaya qalxma və fırlanma manevrləri göstərilib.

Elon Maskın rəhbərlik etdiyi şirkət yeni nəsil “Roadster” modelinin 2028-ci ildə seriya istehsalına başlanmasını hədəfləyir.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *