XeberPlus

Ən son xəbərlər

Hadisə

Kanadada ayı hücumu nəticəsində ana və qızı həyatını itirdi

Kanadanın Bella-Kula bölgəsində ayı hücumu nəticəsində ana və qızı həyatını itirib.

XeberPlus.com xəbər verir ki, ölən şəxslər 48 yaşlı Cennifer Balkarras və onun 20 yaşlı qızı Sela Rid olub.

Məlumata görə, ana və qızından xəbər ala bilməyən ailə üzvləri polisə müraciət ediblər. Aparılan axtarışlar nəticəsində qadının, sonra isə qızının meyiti meşədə aşkarlanıb.

Britaniya Kolumbiyasının Təbiəti Mühafizə Xidmətinin müfəttişi Ceff Tayr hadisənin bir neçə ayının hücumu nəticəsində baş vermiş ola biləcəyini bildirib. Lakin hücum edən ayıların sayı hələ müəyyənləşdirilməyib.

Hadisədən sonra bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib. Mütəxəssislər hücuma səbəb olan ayıların aşkar edilməsi üçün axtarışlara başlayıblar. Sakinlərə hadisənin baş verdiyi meşədən uzaq durmaq barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, ötən ilin noyabrında da eyni bölgədə ayı məktəblilərdən və müəllimlərdən ibarət qrupa hücum etmişdi. Həmin hadisə nəticəsində bir müəllim və üç uşaq ağır yaralanmışdı.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *