Türkiyənin məşhur aktrisası Demet Özdemir və aktyor Kerem Bürsinin yeni layihəsi bəlli olub.
XeberPlus.com xəbər verir ki, hər iki məşhur “Grand Maison İstanbul” serialda baş rolları canlandıracaq.
D.Özdemir serialda “Defne”, K.Bürsin isə “Ateş” obrazına həyat verəcək.
Serial “Amazon Prime Video” platforması üçün hazırlanacaq. Ekran işinin çəkilişlərinə isə dekabr ayından etibarən başlanılması gözlənilir.








