XeberPlus

Ən son xəbərlər

Sağlamlıq

Uşaqlarda D vitamini çatışmazlığının fəsadları

Günəş işığı orqanizmdə D vitamininin yaranmasında mühüm rol oynasa da, günəşli havalarda belə bu vitaminin çatışmazlığı ilə qarşılaşmaq mümkündür. D vitamini orqanizm üçün vacibdir.

XeberPlus.com bildirir ki, D vitamini orqanizmin ehtiyac duyduğu önəmli vitaminlərdən biridir. Bu vitamin xüsusilə sümüklərin möhkəmlənməsində, kalsiumun mənimsənilməsində və immun sisteminin normal fəaliyyətində mühüm rol oynayır.

Balıq, qaraciyər, yumurta sarısı, D vitamini ilə zənginləşdirilmiş süd kimi qidalar bu vitaminin mənbələridir. Bu vitamin uşaqların sağlamlığı üçün də faydalıdır. Vitaminin ciddi çatışmazlığı uşaqlarda raxit xəstəliyinin yaranmasına səbəb ola bilər.

Körpəlik dövründə uşaqlarda D vitamininin çatışmazlığı sümüklərin deformasiyaya uğramasına gətirib çıxara bilər. Bu vitamin sümüklərin, dişlərin sağlamlığı, boy artımı və bağırsaqlarda kalsiumun mənimsənilməsi üçün faydalıdır.

Uşaqlarda D vitaminin çatışmazlığı sümük zəifliyi, əzələ ağrıları və inkişaf problemləri yarada bilər. Mədə-bağırsaq xəstəlikləri isə bəzi hallarda D vitamininin orqanizmdə mənimsənilməsini çətinləşdirə bilər.

D vitamini preparatlarının qəbulu zamanı isə uşağın yaşı və sağlamlıq vəziyyəti nəzərə alınmalı, həkim tövsiyələrinə əməl edilməlidir. Çünki bu vitaminin həm çatışmazlığı, həm də həddindən artıq qəbulu uşaqların sağlamlığı üçün ciddi fəsadlar yarada bilər.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *