XeberPlus

Ən son xəbərlər

Araşdırma

Günəşin illərdir sirr olaraq qalan xüsusiyyəti üzə çıxır

Çinli alimlər Günəşin onilliklərdir cavabı tapılmayan sirlərindən birini izah edə biləcək mühüm kəşfə imza atıblar. Laboratoriya şəraitində aparılan təcrübə zamanı Günəşin xarici atmosferinin niyə səthindən yüz dəfələrlə daha isti ola biləcəyinə dair yeni nəticələr əldə olunub.

XeberPlus.com xəbər verir ki, Günəşin görünən səthində temperatur təxminən 5 500 dərəcə olduğu halda, onun “korona ” adlanan xarici atmosferində bu göstərici bir milyon dərəcəni ötür. İstilik mənbəyindən uzaqlaşdıqca temperaturun azalması gözlənilsə də, Günəşdə bunun əksi müşahidə olunur.

Çinli tədqiqatçılar bu qeyri-adi hadisənin səbəbini araşdırmaq üçün güclü lazerlər vasitəsilə laboratoriyada Günəşdəki şəraitə bənzər mühit yaradıblar. Təcrübə zamanı elektrik yüklü hissəciklərdən ibarət plazmanın davranışı öyrənilib.

Araşdırma nəticəsində müəyyən edilib ki, müəyyən şəraitdə maqnit sahələrinin qarşılıqlı təsiri böyük miqdarda enerjinin ayrılmasına səbəb olur. Bu proses zamanı elektronların temperaturu təxminən iki dəfə artaraq 820 min dərəcəyə çatıb.

Alimlər hesab edirlər ki, oxşar proseslər Günəşin xarici atmosferində də baş verə və onun həddindən artıq qızmasına səbəb ola bilər. Bu nəticələr Günəşdə baş verən kiçik enerji partlayışlarının temperatur artımındakı rolunu daha yaxşı anlamağa imkan yaradır.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *