XeberPlus

Ən son xəbərlər

Dünya

Turist 46 dərəcə istidə həyatını itirdi

ABŞ-ın Kaliforniya ştatında yerləşən məşhur Ölüm Vadisi Milli Parkında 68 yaşlı fransız turist Pierre Michel Formosa faciəvi şəkildə dünyasını dəyişib. Hadisə avtomobilin palçıqlı ərazidə ilişib qalmasından sonra baş verib.

Turist və dostu avtomobilləri hərəkətsiz qaldıqdan sonra ətrafda kömək tapa bilməyib. Temperaturun 46 dərəcəni keçdiyi vaxtda ən yaxın yola çatmaq üçün piyada getməyə qərar veriblər. Lakin çətin səhra şəraitində Formosa bir müddət sonra taqətdən düşərək yerə yıxılıb.

Dostu yola çıxaraq kömək çağırmağı bacarıb. Bundan sonra park əməkdaşları, xüsusi texnika və helikopterlə axtarış-xilasetmə əməliyyatı başlayıb. Lakin xilasedicilər 68 yaşlı turistin artıq öldüyünü müəyyən ediblər.

Park rəhbərliyi ziyarətçilərə xəbərdarlıq edib ki, Ölüm Vadisində ekstremal istilər və səhranın təcrid olunmuş şəraiti çox qısa müddətdə həyati təhlükə yarada bilər.

Mənbə:gzt.com

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *