XeberPlus

Ən son xəbərlər

Year: 2026

Sosial

Bəxtiyar Məmmədov: “Bakı metrosunda qatarların hərəkət intervalı 2 dəqiqəyə endiriləcək”

Bakı metrosunda həyata keçirilən yeni layihələr tıxacları azaldacaq, sərnişin axınını rahatlaşdıracaq. Xeberplus.com Report.az-a istinadən xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, hazırda Bakı Metropoliteni hər iki xətt (“Yaşıl” və “Qırmızı”) üzrə 3…

Dünya

Qırmızı dənizdə hücuma məruz qalan Hindistan gəmisi batıb

Yəmən sahilləri yaxınlığında Hindistan bayrağı altında üzən “MSV Faize Noore Oliya” yük gəmisi hücuma məruz qaldıqdan sonra batıb. Gəmidəki 14 heyət üzvünün hamısı xilas edilib. Hadisə avqustun 4-də Qırmızı dənizin Yəmənə aid hissəsində, Hudeydə liman şəhərinin yaxınlığında baş verib. Hindistanın…

Manşet

Nitqdə bədən dilinin rolu

Nitq zamanı insanların bir-biri ilə ünsiyyəti yalnız sözlər vasitəsilə qurulmur. Məlumatın böyük hissəsi mimika, jestlər, göz təması və səs tonu kimi qeyri-verbal ünsiyyət vasitələri ilə çatdırılır. Buna görə də bədən dili nitqin təsir gücünü artıran ən vacib amillərdən biri hesab…

Dünya

Almaniya hava limanında partlayıcı daşıyan dron aşkarlandı

Almaniyanın Leypsiq/Halle hava limanında partlayıcı qurğu daşıyan dronun aşkarlanması təhlükəsizlik həyəcanına səbəb olub. Hadisə nəticəsində uçuşların bir hissəsi müvəqqəti dayandırılıb və bir neçə təyyarə başqa hava limanlarına yönləndirilib. Dron hava limanının yük terminalına yaxın ərazidə, Ukraynaya məxsus “Antonov” yük təyyarəsinin…

Siyasət

Rusiyada çimərliyə PUA düşüb: 3-ü uşaq olmaqla 7 nəfər ölüb

Rusiyanın Qara dəniz sahilində yerləşən Gelencik kurort şəhərində pilotsuz uçuş aparatının çimərliyə düşməsi nəticəsində 3-ü uşaq olmaqla 7 nəfər həyatını itirib. Hadisə zamanı 40-dan çox insanın yaralandığı bildirilir. Hadisə avqustun 3-də insanların sıx olduğu çimərlik ərazisində baş verib. Yaralılardan bəzilərinin…

Dünya

Tuna çayında rekord quraqlıq: enerji istehsalı kəskin azalıb

Avropada davam edən güclü istilər və uzunmüddətli quraqlıq Tuna çayının su səviyyəsini tarixi minimumlara endirib. Yaranmış vəziyyət Macarıstan, Rumıniya və Serbiyada enerji istehsalına ciddi təsir göstərib. Macarıstanın elektrik enerjisinə olan tələbatının böyük hissəsini təmin edən Paks Atom Elektrik Stansiyası soyutma…

Dünya

Hindistanda ölümcül virus həyəcanı: 22 uşağın ölümü xəstəliklə əlaqələndirilir

Hindistanın Qucarat ştatında Chandipura virusuna yoluxma hallarının artması səhiyyə qurumlarını hərəkətə keçirib. Ştat rəsmilərinin məlumatına görə, indiyədək 184 şübhəli yoluxma halı qeydə alınıb. Onlardan 35-i laboratoriya müayinələri ilə təsdiqlənib. Virusla əlaqələndirilən xəstəliklər nəticəsində 22 uşaq həyatını itirib, 11 nümunənin nəticəsi…

Dünya

“Dubay–Nyu-York reysini yerinə yetirən sərnişin təyyarəsi İstanbul Hava Limanına məcburi eniş edib.”

Birləşmiş Ərəb Əmirliklərinin “Emirates” aviaşirkətinə məxsus Dubay–Nyu-York reysini həyata keçirən “Airbus A380” tipli sərnişin təyyarəsi bir sərnişinin səhhətində problem yarandığı üçün İstanbul Hava Limanına eniş edib. Səhhəti pisləşən sərnişin İstanbul Hava Limanına enən təyyarədən ambulift vasitəsilə çıxarılaraq xəstəxanaya aparılıb. Dubaydan…

Dünya

ABŞ-də yeni epidemiya həyəcanı: iki nəfər həyatını itirib

ABŞ-də “Cyclospora” parazitinin yaratdığı siklosporiaz xəstəliyinə yoluxma hallarında ciddi artım qeydə alınıb. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) avqustun 4-də açıqladığı məlumata görə, mayın 1-dən avqustun 3-dək ölkə daxilində 10 468 təsdiqlənmiş yoluxma halı qeydə alınıb. Xəstəliyə 47 ştatda…