İşə qəbul prosesində CV namizəd haqqında ilk təsəvvür yaradan əsas sənədlərdən biridir. Təcrübə və bacarıqlar nə qədər yaxşı olsa da, CV-dəki diqqətsiz səhvlər namizədin seçilmək imkanına mənfi təsir göstərə bilər. Bəzən isə problem namizədin təcrübəsinin az olmasında deyil, özünü CV-də düzgün təqdim edə bilməməsində olur.
XeberPlus.com xəbər verir ki, Cv-nin dizynına xüsusilə diqqət yetirmək vacibdir. İlkin təəssüratın yaranmasında Cv-nin rəngi əhəmiyyətli dərəcədə rol oynayır. Cv-də olan hədsiz rəng bolluğu və şriftin düzgün seçilməməsi Hr-ın Cv-ni gözardı etməsinə səbəb ola bilər.
Həmçinin, ünvanın qeyd edilməsi vacibdir. Bəzən Cv-lərdə ünvan hissəsi ya boş olur yada ümumiyyətlə yazılmır, bu Hr-ın sizinlə əlaqə saxlaması üçün önəmli nüanslardan biridir.
Haqqımda bölməsi isə Cv-də ən əsas hissələrdən biridir. Burada yazılan hər cümlə Hr-ın gözündə namizədin uyğun olub-olmadığını bir növ seçir.
Təcrübələr və təhsil yerində isə hazırda təhsil alınan yaxud təcrübə keçirilən yer qeyd edilməlidir. Bəzən kiçik və qalın şriftlərlə yazılann bu hissələr namizədin seçim şansını azaldır. Bunun üçün də şrift seçiminə diqqət yetirmək vacibdir. Cv-də şəkilin olub-olmaması isə namizədin seçimindən asılıdır. Lakin şəkilin olması daha uyğundur.
Bəzən namizədlər Cv göndərilən yerə uyğun olmayan təcrübələrinə əsaslanaraq müraciət edirlər. Nəzərə almaq lazımdır ki, müraciət edilən yerə uyğun cv-in olması namizəd üçün seçimdə əsas rol oynayır. Uyğun olmayan yerə, uyğun olmayan CV isə hər zaman seçim şansı olmaya bilir.







