XeberPlus

Ən son xəbərlər

Hadisə

“Zevs”in qardaşı erkən azadlığa buraxılır? “Farmaniya.com” zərərçəkənləri narazı qaldı

“Farmaniya.com” işi ilə bağlı Hüseyn Quliyevin vaxtından əvvəl azadlığa buraxılacağı barədə məlumatların yayılması zərərçəkənlərin etirazına səbəb olub. Onlar Quliyevin erkən azadlığa buraxılması ehtimalına ciddi narazılıq bildirirlər.

Musavat.com-a müraciət edən zərərçəkənlər qeyd edib ki, onlar müxtəlif mənbələrdən H.Quliyevin vaxtından əvvəl  azadlığa buraxılacağı məlumatını əldə ediblər. Bildiriblər ki, burada söhbət yüzlərlə insana dəyən maddi ziyandan gedir. Belə qərarın verilməsi isə onların narazlığını artıracaq.

Qeyd edək ki, 2025-ci iln sentyabrında “Farmaniya.com” işi ciddi müzakirələrə səbəb olub. “İnvestiya layihəsi” kimi təqdim edilən onlayn piramida dələduzluğu sxemilə fəaliyyət göstərməsi və vətəndaşların pullarının ələ keçirilməsi barədə DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müraciətlər daxil olub.

2006-cı il təvəllüdlü H.Quliyev insanlara yatırdıqları vəsait müqabilində yüksək gəlir əldə edəcəklərini bildirərək onların inamını qazanıb.

Araşdırmaya görə, bu yolla 18 mindən çox şəxs platformada qeydiyyatdan keçib, nəticədə isə 400 min manata yaxın vəsaitin dələduzluq yolu ilə mənimsənildiyi müəyyən edilib. O, əldə etdiyi vəsaiti Badamxanım Əhmədova adına açılmış elektron hesaba köçürüb, vəsaiti əldə edən B.Əhmədovada sonradan cinayət məsuliyyətinə cəlb edilib. Həmçinin araşdırma zamanı saxlanılan şəxslərin istifadə etdikləri bank kartlarına ümumilikdə 700 min manatdan artıq vəsaitin mədaxil olunduğu aşkarlanıb.

Məhkəmənin qərarı ilə H.Quliyevə 4 il müddətinə azadlıqdan məhkum edilmə cəzası verilib. Zərərçəkənlər bildirirlər ki, onlar məhkəmə hökmünün dəyişdirilərək cəzanın ağırlaşdırılmasını gözlədikləri halda, əks istiqamətdə məlumatların yayılması ciddi suallar doğurur.

Qeyd edək ki, Hüseyn Quliyev “Zevs” ləqəbilə tanınan videoblogger Ruslan Quliyevin qardaşıdır.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *