XeberPlus

Ən son xəbərlər

Siyasət

Zelenski: Rusiya PUA-sı Ukrayna Təhlükəsizlik Xidmətinin binasını hədəf alıb

Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında paylaşım edərək bildirib ki, paytaxt Kiyevdə yerləşən Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) mərkəzi binasına Rusiya PUA-sı ilə hücum edilib.

Təcili yardım xidmətinin əməkdaşlarının hadisə yerində olduğunu bildirən Zelenski, hücumdan zərər çəkən hər kəsə lazımi yardım göstəriləcəyini deyib. O, UTX rəhbəri Oleksandr Pokladla danışdığını və Rusiyaya cavab zərbəsi endirilməsi ilə bağlı göstəriş verdiyini bildirib.

Kiyevin meri Vitali Kliçko isə hadisə zamanı 9 nəfərin yaralandığını, onlardan 7-nin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *