XeberPlus

Ən son xəbərlər

Maraqlı

Zəhərli qurbağalar ekoloji fəlakətə çevrildi

Avstraliyada təxminən 90 il əvvəl kənd təsərrüfatı sahələrini zərərverici həşəratlardan qorumaq məqsədilə təbiətə buraxılan zəhərli qurbağalar ölkənin ən ciddi ekoloji problemlərindən birinə çevrilib.

XeberPlus.com xəbər verir ki, elmi adı Rhinella marina olan qurbağalarının sayı nəzarətsiz çoxalma nəticəsində yüz milyonları ötüb.

Əvvəlcə əkin sahələrində zərərvericilərlə mübarizə aparmaq üçün gətirilən bu qurbağalar zamanla geniş ərazilərə yayılaraq yerli heyvan növləri üçün ciddi təhlükə yaradıb.

Ən böyük problem qurbağaların güclü zəhərə malik olmasıdır. Onları ovlamağa çalışan ilanlar, timsahlar və digər yırtıcı heyvanlar zəhərlənərək ölə bilirlər.

Mütəxəssislər bildirirlər ki, bu qurbağaların sürətlə çoxalması təbii qida zəncirinə təsir göstərir və yerli canlıların sayının azalmasına səbəb olur.

Bir vaxtlar kənd təsərrüfatını qorumaq üçün düşünülən bu addım indi Avstraliyada ekoloji tarazlığın pozulmasının ən diqqətçəkən nümunələrindən biri hesab edilir.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *