Bu gün Misli Premyer Liqasında 11-ci tura yekun vurulacaq.
XeberPlus.com xəbər verir ki, sonuncu matç günündə 2 oyun keçiriləcək.
Əvvəlcə “İmişli” “Sumqayıt”ı qəbul edəcək. Yevlax şəhər stadionunda keçiriləcək görüş saat 15:00-da başlayacaq.
Turun sonuncu qarşılaşmasında isə “Sabah” və “Şamaxı” komandaları üz-üzə gələcəklər. Oyun saat 17:30-da start götürəcək.
Misli Premyer Liqası
11-ci tur
8 noyabr
“İmişli” – “Sumqayıt”
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov.
VAR: Cavid Cəlilov.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yevlax şəhər stadionu, 15:00.
“Sabah” – “Şamaxı”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Nicat İsmayıllı.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Sabah Arena”, 17:30.








