XeberPlus

Ən son xəbərlər

Dünya

Yəməndə gərginlik artır: Husilərə məxsus silah karvanına hava zərbəsi

Yəmən ordusu Husilərə aid olduğu bildirilən və silah, raket və hərbi texnika daşıdığı iddia edilən onlarla yük maşınını hava hücumları ilə hədəf aldığını açıqlayıb.

Ordunun məlumatına görə, zərbələr Taiz bölgəsinin şimalında, Əl-Muha şəhərindən paytaxt Sənaya doğru hərəkət edən karvana endirilib.

Açıqlamada bildirilib ki, hədəfə alınan maşınlarda hərbi sursat və raket sistemləri olub. Lakin hücum nəticələri və itkilərlə bağlı əlavə məlumat verilməyib.

Hadisə Husilərin Qırmızı dəniz sahilində yerləşən Əl-Muha şəhəri və limanına nəzarəti ələ keçirdiklərini açıqlamasından sonra baş verib.

Husilərdən hücumla bağlı hələlik rəsmi açıqlama verilməyib. Yəməndə son günlər hökumət qüvvələri ilə Husilər arasında qarşıdurmalar yenidən güclənib.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *