Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 6-da Ukraynaya rəsmi səfərə yola düşüb.
XeberPlus.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Ukraynanın xarici işlər naziri Andriy Sıbiha və digər yüksəkvəzifəli rəsmilərlə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.







