Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirilib.
Bu barədə XeberPlus.com-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, bu gün gecə saat 02:20-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Nərimanov Rayonu Təcili Tibbi Yardım Bölməsinə çağırış qeydə alınıb və Xalq artisti özəl tibb müəssisələrindən birinə yerləşdirilib.








