“Uzaq Şəhər” serialında Kadir obrazı ilə tanınan Burak Şafak uzun müddətdir gözlərdən uzaq münasibət yaşadığı sevgilisi ilə nişanlanıb. XeberPlus.com xəbər verir ki,məşhur aktyorun sevgilisi ilə ilk paylaşımı qısa zamanda böyük marağa səbəb olub.
Qeyd edək ki, Burak Şafak daha əvvəl verdiyi açıqlamada həyatında birinin olduğunu, lakin sevgilisinin şou-biznes sahəsindən olmadığını bildirmişdi.








