Türkiyənin Kocaeli şəhərində Erol Tandoğan adlı şəxs qonşusunun bağçasından çiçəkləri üçün torpaq götürərkən sümük qalıqları aşkarlayıb.
XeberPlus.com xəbər verir ki, hadisə Kartepe rayonunun Acısu məhəlləsində baş verib. Sümük parçalarının Roma İmperiyası dövrünə aid olduğu ehtimal edilir.
Əraziyə gələn polis və arxeoloqlar tapıntılardan nümunələr götürüblər. Qalıqlar araşdırılması üçün Kocaeli Muzeyinə təhvil verilib.









