XeberPlus

Ən son xəbərlər

Sosial

Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi küçə-yol şəbəkəsində ümumi istismar üçün nəzərdə tutulmayan, hüquqi və fiziki şəxslərin istifadəsində olan texnoloji və digər mexaniki nəqliyyat vasitələrinə texniki baxış keçirir.

Bu barədə XeberPlus.com-a FHN-dən bildirilib.

Qeyd edilib ki, Nazirlər Kabinetinin müəyyən etdiyi siyahıya əsasən, FHN-in dövlət qeydiyyatına və texniki baxışına aid edilən texnikalara aşağıdakılar daxildir:

– Yol-tikinti və dağ-mədən texnikaları: Vərdənələr, buldozerlər, qreyderlər, skreyperlər, asfaltqaşıyanlar, asfaltdöşəyənlər, yol freyzerləri, borudüzənlər, boruəyənlər, çalaqazanlar;

– Yükləyici və qaldırıcı mexanizmlər: Avtoyükləyicilər, müxtəlif növ yükləyicilər, qaldırıcı texnologiyalar (kranlar və s.);

– Traktor və ekskavator qurğuları: Kənd təsərrüfatı və meşə təsərrüfatı traktorları istisna olmaqla, digər sahələrdə (məsələn, sənaye və tikintidə) istifadə olunan traktorlar, ekskavatorlar, tırtıllı və təkərli mexanizmlər.

– Digər xüsusi texnikalar: Kompressor stansiyaları, təkərli aqreqatlar, elektrik generatorları, qartəmizləyən və yolsüpürən xüsusi vasitələr, elektromühərrikli və müvafiq qoşqulu texnoloji nəqliyyat vasitələri.

Qeyd: İstehsal tarixi bir ildən az olan yeni texnoloji nəqliyyat vasitələri ilk dövr üçün texniki baxışdan azaddır, digərləri isə ildə bir dəfə baxışdan keçirilməlidir.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *