XeberPlus

Ən son xəbərlər

Sosial

Sosial mediada uğurlu kontentin sirri nədir? – MÜSAHİBƏ

Sosial media artıq yalnız ünsiyyət platforması deyil, həm də informasiya və reklamın əsas məkanlarından birinə çevrilib. Hər gün milyonlarla kontent arasından seçilmək isə getdikcə çətinləşir. İstifadəçilərin diqqətini cəlb edən mövzular, düzgün seçilmiş format və auditoriyanın maraqlarına uyğun təqdimat kontentin uğurunda mühüm rol oynayır. Xüsusilə Instagram və TikTok kimi platformalarda yüksək izlənmə əldə edən paylaşımlar brendlər və kontent yaradıcıları üçün böyük üstünlük yaradır. Lakin çox baxış hər zaman real uğur və effektiv nəticə demək deyil.

Sosial Media Meneceri Nəzrin Xudiyeva kontentin planı və uğurlu nəticənin müəyyən edilməsilə bağlı XeberPlus.com-a müsahibə verib:

-Nəzrin xanım, Sosial mediada hansı mövzuların daha çox izlənmə potensialı olduğunu necə müəyyən edirsiniz?

-İlk növbədə hədəf auditoriyanı analiz edirəm. Daha sonra auditoriyanın hansı mövzularla maraqlandığına, hansı problemləri olduğu və hansı suallara cavab axtardığına baxıram. Instagram və TikTok-da aktual trendləri, axtarışda olan mövzuları, rəqiblərin kontentlərini və əvvəlki paylaşımların statistikasını analiz edirəm. Burada, mövzunun təqdim olunma formasıda vacibdir. Eyni mövzu düzgün “hook” və maraqlı təqdimatla daha çox izlənmə gətirə bilir.

Hazırda Instagram və TikTok-da hansı kontent formatları daha effektivdir?

-Hazırda hər iki platformada qısa və dinamik video kontentlər, xüsusilə Reels və TikTok videoları daha effektiv formatlardan biridir. İnsanların diqqət müddəti qısa olduğu üçün videonun ilk saniyələri çox önəmlidir. Faydalı məlumat verən, problemə həll təklif edən, maarifləndirici, əyləncəli və trendə uyğunlaşdırılmış videolar daha yaxşı nəticə göstərə bilir. Bundan əlavə, yalnız trenddən istifadə etmək yox, trendi brendin və auditoriyanın maraqlarına uyğunlaşdırmaq vacibdir.

Sizcə, Çox baxış gətirən kontent həmişə uğurlu kontent sayılırmı? Sayılırsa niyə?

-Çox baxış hər zaman uğurlu kontent demək deyil. Kontentin uğurunu yalnız baxış sayı ilə ölçmək düzgün deyil. Əsas məsələ kontentin qarşıya qoyulan məqsədə və düzgün hədəf kütləyə çatmasıdır. Məsələn, bir video 100 min baxış toplaya bilər, amma heç bir müraciət, satış və ya yeni izləyici gətirməyə bilər. Digər tərəfdən, daha az baxış alan bir video hədəf auditoriyaya çataraq çoxlu paylaşım, yadda saxlama, profil keçidinə səbəb ola bilər. Ona görə kontentin nəticəsini qiymətləndirərkən baxış sayı ilə yanaşı,izlənmə müddəti, paylaşım, yadda saxlama, profil keçidləri, yeni izləyicilər və satış kimi göstəriciləri də analiz etmək lazımdır.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *