XeberPlus

Ən son xəbərlər

Sosial

Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək

Sentyabrın 21-də bir sıra vergi ödənişlərinin həyata keçirilməsi tələb olunur.

XeberPlus.com xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, qeyd olunan tarixədək xüsusi notariuslar üzrə gəlir vergisi, idman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə gəlir vergisi, əlavə dəyər vergisi, aksizlər, yol vergisi və mədən vergisi ödənilməlidir.

Həmçinin pul vəsaitlərinin nağd çıxarılması üzrə sadələşdirilmiş vergi, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə ödəmə mənbəyində tutulan verginin də sentyabrın 21-dək ödənilməsi nəzərdə tutulur.

Qeyd olunub ki, ödənişlər vaxtında həyata keçirilmədiyi təqdirdə əlavə faizlər hesablanır.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *