XeberPlus

Ən son xəbərlər

Maqazin

Seda Sayandan qadınlara məsləhət

Türkiyənin tanınmış müğənnisi Seda Sayan qadınlara tövsiyə verib.

XeberPlus.com xəbər verir ki, Seda Sayan qadınlara öz ayaqları üzərində durmağı və kimsədən asılı olmamağı məsləhət verib:

“Varlı bir kişinin arxasınca qaçmaqdansa, ‘Mən özüm necə uğur qazana bilərəm, necə pul qazana bilərəm, necə irəli gedə bilərəm?’ suallarına cavab axtarın. Öz pulunuzu özünüz qazanın”, – deyərək qadınlara səslənib.

S.Sayan işin vacibliyini də vurğulayıb:

“Başqa birinə görə işinizi-gücünüzü də atmayın. İşini buraxanların sonradan yenidən başlamaqda nə qədər çətinlik çəkdiyini gördüyüm üçün bunları deyirəm”, – deyə bildirib.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *