XeberPlus

Ən son xəbərlər

Ölkə

SDU və “Azərikimya” əməkdaşlığı genişləndirir

Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti SOCAR “Azərikimya” İstehsalat Birliyində işgüzar görüş keçirib.

Sumqayit24.az xəbər verir ki, görüşdə universitet–sənaye əməkdaşlığının genişləndirilməsi, kimya və neft-kimya sənayesi üçün müasir tələblərə cavab verən mühəndis kadrlarının hazırlanması, tələbələrin istehsalat təcrübələrinin artırılması və birgə elmi-tətbiqi layihələrin həyata keçirilməsi müzakirə olunub.

Həmçinin tələbələrin “Azərikimya”da istehsalat təcrübəsinə cəlb olunması, innovasiya və startap layihələrində iştirakı, müəssisənin mütəxəssislərinin universitetdə ustad dərsləri keçməsi məsələləri də nəzərdən keçirilib.

Tərəflər əməkdaşlığın yeni mərhələyə keçirilməsi üçün çərçivə əməkdaşlıq sənədinin hazırlanması və imzalanması barədə razılığa gəliblər.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *