XeberPlus

Ən son xəbərlər

İdman

Şəhid qardaşının qələbəsi: Avrasiya çempionu oldu

İdmançımız Avrasiya çempionatında uğur qazanıb.

XeberPlus.com oxu.az-a istinadən xəbər verir ki, Elmir Rzalı INBA (Beynəlxalq Natural Bodibildinq Assosiasiyası) tərəfindən təşkil olunan Avrasiya çempionatında uğurla çıxış edib.

Belə ki, o, “Men”s Physique” kateqoriyası üzrə mübarizədə birinci yeri tutaraq çempionatın kubokuna sahib olub. Bununla da Elmir Rzalı üçqat Avrasiya çempionu titulunu qazanıb.

Xatırladaq ki, bundan əvvəl o, Rumıniyanın paytaxtı Buxarestdə keçirilən natural bodibildinq və fitnes üzrə Avropa çempionatında Azərbaycanı təmsil edərək ikinci yeri tutub.

Əslən Yardımlı rayonunun Bilnə kəndindən olan Elmir Rzalı bu idman növü üzrə üçqat Azərbaycan çempionudur.

Qeyd edək ki, Elmir Rzalı Vətən müharibəsi şəhidi Əli Nuru oğlu Rzalının qardaşıdır.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *