Şahan Gökbakarın Recep İvedik obrazını canlandırdığı səkkizinci filmin ilk treyleri yayımlanıb.
XeberPlus.com verir ki, Disney+-da yayımlanacaq “Recep İvedik 8-ci Bölüm 1-ci Hissə: Kredit” filminin ilk treyleri serialın yeni hekayəsinə nəzər salır.
Serialın iki hissədən ibarət olacağı açıqlansa da, yayım tarixi hələ açıqlanmayıb.
Qeyd edək ki, treylerdən sonra bəzi izləyicilər yeni filmi əvvəlki filmlərlə müqayisə ediblər. Şərhlərdə ilk üç filmin komediya üslubunun olmaması qeyd edilib.









