Ramazan ayının başlayacağı tarix məlum olub.
XeberPlus.com xəbər verir ki, ilkin hesablamalara əsasən, müsəlmanlar fevralın 8-dən etibarən oruc tutmağa başlayacaqlar.
Müqəddəs ay 30 gün davam edəcək və 9 mart 2027-ci ildə başa çatacaq.
Qeyd edək ki, Ramazan ayının başlanğıcı və sonu hilalın görünməsinə əsasən müəyyənləşdirildiyindən tarixlər ölkələr üzrə fərqlənə bilər. Azərbaycanda da yekun tarixlər müvafiq dini qurumların rəsmi açıqlamasından sonra dəqiqləşəcək.








