“Kurtlar Vadisi” serialında canlandırdığı Polat Alemdar obrazı ilə geniş şöhrət qazanan aktyor Necati Şaşmaz uzun fasilədən sonra sosial media hesabında paylaşım edib.
XeberPlus.com xəbər verir ki, aktyor oğulları Ali Nadir və Yusuf Emir ilə birlikdə Ahlatda gəzintiyə çıxıb. O, ailəvi səfər zamanı çəkdirdiyi fotoları sosial media hesabında izləyiciləri ilə bölüşüb.
Paylaşım qısa zamanda diqqət çəkib və aktyorun izləyiciləri tərəfindən maraqla qarşılanıb.








