XeberPlus

Ən son xəbərlər

Sosial

Pensiyaların artırılması ilə bağlı – Açıqlama

Bu ilin 9 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (548 milyon manat) çox olmaqla 5 milyard 874 milyon manat vəsait yönəldilib.

XeberPlus.com xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, bu ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 1 oktyabr 2026-cı il tarixə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 596 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 634 manata çatıb.

Yanvar-sentyabr aylarında 28 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 206 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *