Bu gün saat 04:05-də payız fəsli Azərbaycana daxil olub.
XeberPlus.com xəbər verir ki, payızın gəlişilə gecə-gündüz bərabərliyi baş verir. Günəş düz şərqdə doğub, qərbdə batır.
Bundan sonra gecələr uzanmağa, gündüzlər isə qısalmağa başlayır. Günəşin şüaları əvvəlki aylara nisbətən daha maili düşür, havalar tədricən sərinləşir və təbiət qışa hazırlıq mərhələsinə keçir.
2026-cı ildə astronomik payız 89 gün 21 saat 45 dəqiqə 1 saniyə davam edəcək və 22 dekabrda baş verəcək qış günəşduruşu ilə başa çatacaq. Həmin andan etibarən Şimal yarımkürəsində astronomik qış, Cənub yarımkürəsində isə astronomik yay başlayacaq.







