XeberPlus

Ən son xəbərlər

Ölkə

Ombudsmanın maaşı 12 min manat oldu

Parlament İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib.

XeberPlus.com xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisin payız sessiyasının ilk plenar iclasında ikinci səsverməyə çıxarılıb.

Layihəyə əsasən, Ombudsmanın aylıq vəzifə maaşı 3060 manatdan 12 000 manata qaldırılıb.

Qanun qüvvəyə minənədək Ombudsmana ödənilmiş vəzifə maaşı, əlavə, mükafat və digər ödənişlər yeni müəyyən edilən aylıq vəzifə maaşına daxil edilir.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *